Milli Məclisdə şəhid ailəsi və qazilərin problemləri ilə bağlı dinləmələrin keçirilməsi təklif edilib

"Şəhid ailəsi və qazilərin problemləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmələrin keçirilməsini təklif edirəm"...

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin oktyabrın 14-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən gün Vətən müharibəsində iştirak edən iki qazi onun qəbulunda olub:

"Onlar nə veteran vəsiqəsi, nə də əlillik təyinatı ala bildiklərini bildirirdilər. Ona görə də təklif edirəm ki, Milli Məclisdə dinləmələr keçirilsin və biz də təkliflərimizi verək. Eyni zamanda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də bu dinləmələrdə iştirak etsin".

pia.az