İlham Əliyev Astana şəhərində keçirilən MDB Dövlət Başçıları Sammitində çıxış edib - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev Astana şəhərində keçirilən MDB Dövlət Başçıları Sammitində çıxış edib...

Bu barədə AZƏRTAC məlumat yayıb. 

İclas işini geniş tərkibdə davam etdirir.

***

Qazaxıstanın Astana şəhərində keçirilən MDB Dövlət Başçıları Sammitində müzakirə olunacaq məsələlər açıqlanıb.

Bu barədə sammitin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Onun sözlərinə görə, MDB liderləri sammitdə humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

***

Qazaxıstanın Astana şəhərində MDB Dövlət başçıları sammiti başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.

pia.az