Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

"Belə bir şey düşünməmişəm"...

Bunu "Report"a müsahibəsində "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev "Neftçi"nin rəhbəri olmaq istəməsi barədə suala cavab verərkən deyib.

Funksioner bildirib ki, "gənclik şəhəri" təmsiççisində onu hər şey qane edir: "Atam Razim Rəfiyev nə vaxtsa bu klubun rəhbəri olubsa, o demək deyil ki, mən də mütləq orada işləməliyəm. “Sumqayıt”da həyata keçirdiyimiz layihələr olub, uğurlar qazanmışıq, yeni planlarımız, gözəl komandamız, bazamız, yeni stadionumuz var. Biz böyük şəhərin tək komandasıyıq. Başqa heç bir şey haqqında düşünmürəm".

Riad Rəfiyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

pia.az