Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər...

Çex Respublikasının Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə “Friendship-2022” beynəlxalq turniri keçirilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, 17 ölkədən 262 idmançının iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər.

Sinxron cütlüklər proqramında təsnifat mərhələsini birinci pillədə başa vuran idmançılarımız Maqsud Mahsudov və Hüseyn Abbasov həlledici mərhələdə də bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıblar.

pia.az