Əhməd İsmayılov jurnalist vəsiqəsi ilə bağlı media nümayəndələrinə çağırış edib

Media Reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir maneə olmayacaq...

“Jurnalist vəsiqəsinin verilməsi “Media haqqında” qanunada nəzərdə tutulur. Xahiş edirəm ki, media subyektləri “vahid” sözünü jurnalist vəsiqəsi sözünün qarşısında istifadə etməsinlər”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Media Reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir maneə olmayacaq: “Vəsiqə sadəcə olaraq jurnalist vəsiqəsi adlanır”.

pia.az