Şirvanda Vətən müharibəsinin şəhidi Nicat Hüseynovun xatirəsi yad edilib

Vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub...

Oktyabrın 11-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsinin şəhidi Nicat Ziyafət oğlu Hüseynovun məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdüyü üçün anasına minnətdarlığını bildirib. Ötən həftə Praqada Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində keçirilən dördtərəfli görüşün əhəmiyyətindən bəhs edib. Görüşün nəticəsi olaraq, Ermənistanın Azərbaycanın ərazi bütövlüyün tanımasını ölkə başçısının diplomatiyada növbəti uğuru olduğunu qeyd edib. Qəhrəman əsgər və zabitlərimizin döyüş meydanında qazandıqları qələbəni, dövlət başçısının beynəlxalq münasibətlərdə daha da möhkəmləndirdiyini söyləyib. 44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarından söz açaraq Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unda birləşən rəşadətli Azərbaycan Ordusunun hünərlərindən danışıb. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək şirin canlarını heçə sayan igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını, heç vaxt unudulmayacağını bildirib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusunun dövlət başçısı tərəfindən orden və medallarla təltif edildiyini vurğulayıb. Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini diqqətə çatdırıb.Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif çıxış edərək, Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildiriblər. Nicatın qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyyəsində xüsusi əhəmiyyətini qeyd ediblər.

Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

##galery##

pia.az