Finlandiyada apteklərdə yod satışı məhdudlaşdırılıb

Finlandiyada əhalinin yüksək tələbatı səbəbindən apteklər yodun satışını məhdudlaşdırmaq qərarına gəliblər.

PİA.az "Report"a istinadən bildirir ki, qərar əhali arasında kəskin ajiotaja səbəb olub. Açıqlamadan sonra çoxlu sayda sakin apteklərə axışaraq, yod almağa başlayıblar.

pia.az