Neftçalada pambıq tayası aşıb, xəsarət alan var

Neftçalada pambıq tayasının aşması nəticəsində bir nəfər xəsarət alıb...

“Report”un əldə etdiyi məlumata görə, rayonun Kürqarabucaq kənd sakini, 1966-cı il təvəllüdlü Ağayeva Səriyyə Məlik qızı müəssisədə işləyərkən pambıq tayası üstünə aşıb.

Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra, o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az