Rusiyanın beynəlxalq valyuta ehtiyatları azaldı

Oktyabrın 1-nə olan vəziyyətə görə, ölkənin beynəlxalq ehtiyatları 540,688 milyard dollaradək azalıb...

2022-ci ilin sentyabrında Rusiyanın beynəlxalq ehtiyatları avqust ayı ilə müqayisədə 4,41 faiz və ya 24,972 milyard dollar azalıb.

Bu barədə Rusiya Mərkəzi Bankı bildirib.

Oktyabrın 1-nə olan vəziyyətə görə, ölkənin beynəlxalq ehtiyatları 540,688 milyard dollaradək azalıb.

Qeyd edək ki, 2021-ci il oktyabrın 1-də Rusiyanın beynəlxalq ehtiyatları 614,122 milyard dollar təşkil edirdi.

pia.az