Rusiyada Yeni il və Milad tədbirləri ləğv edildi

Bu barədə şəhərin meri Yuri Şalabaev öz "Telegram" kanalında yazıb...

Nijni Novqorodda Yeni il və Milad bayramları üçün kütləvi şənliklər, konsertlər və atəşfəşanlıq ləğv ediləcək.

Bakupost.az xəbər verir ki, bu barədə şəhərin meri Yuri Şalabaev öz "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, həmin tədbirlər üçün nəzərdə tutulan vəsait könüllülərə və səfərbərliyə cəlb olunan vətəndaşlara, eləcə də onların ailələri üçün müavinətlərə yönəldiləcək.

Sankt-Peterburq administrasiyasının saytında da eyni məzmunlu məlumat yerləşdirilib.

Rusiyanın daha bir neçə şəhərində oxşar qərarlar qəbul olunub.

pia.az