Azərbaycanda zəlzələ gözlənilirmi?

Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir...

Bu gün yerli vaxtla saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

PİA.az xəbər verir ki, zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub.

Hadisə ilə bağlı Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.

"Qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur", - deyə Q.Yetirmişli bildirib.

pia.az