Səhiyyə Nazirliyi Ermənistanın əsassız iddialarına cavab verib

Direktor Ermənistan tərəfinin bu iddialarını tamamilə əsassız adlandırıb...

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Ermənistan tərəfinin Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanmış 12 nəfərə aid olduğu ehtimal edilən qalıqların Azərbaycan tərəfindən basdırılması ilə bağlı iddialara münasibət bildirib.

 “Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, direktor Ermənistan tərəfinin bu iddialarını tamamilə əsassız adlandırıb.

O qeyd edib ki, sümüklərlə torpağın qarşılığını göstərmək mümkündür:

“Həmin qalıqların sonradan qoyulması ilə bağlı söhbət gedə bilməz. Onların üstü sadəcə olaraq təmizlənib”.

pia.az