Tıxacda qalan sürücülər dava etdi – Video

Bakının ən böyük prospektlərindən birində cavan oğlan atası yaşda kişiyə hücum çəkib. Yoldan keçənlər kişini gəncin əlindən alıblar. Gənc oğlanın yaşlı kişi ilə əlbəyaxa döyüşü kameralara da düşüb
PİA.AZ xəbər verir ki, Milli.Az-a bu barədə məlumat verən oxucu qeyd edib ki, hadisə Nobel prospektindəki "Nargilə" kafesinin yanında baş verib. Bu cür küçə döyüşü yüzlərlə sürücünün tıxacda qalmasına səbəb olub.