Peskov Paşinyanın arvadını təkzib edib: “Növbəti sərsəmləmədir”

Peskov Paşinyanın arvadının baş redaktor olduğu “Aykakan Jamanak” qəzetinin son məlumatını “növbəti sərsəmləmə” kimi dəyərləndirirb...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın arvadının baş redaktor olduğu “Aykakan Jamanak” qəzetinin son məlumatını “növbəti sərsəmləmə” adlandırıb.

PİA.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Anna Hakopyanın başçılıq etdiyi “Aykakan Jamanak” qəzeti Rusiyanın Ermənistanı “Rusiya-Belarus” ittifaq dövlətinə qoşulması üçün təzyiqlər etdiyini və buna görə də Moskvanın Bakını Ermənistana qarşı istifadə etməsi barədə yazıb.

Bu gün isə Ermənistan parlamentinin sədri Alen Simonyan isə “Aykakan Jamanak” qəzetinin məlumatını təkzib edib və bildirib ki, Ermənistan rəsmiləri ilə Rusiya rəsmiləri arasında belə bir müzakirə aparılmır.

Bununla bağlı açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Aykakan Jamanak” qəzetinin yaydığı məlumatı “növbəti sərsəmləmə” adlandırıb.

pia.az