Naxçıvanda şagird məktəbdə özünü asdı

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil...

Azərbaycanda məktəbdə intihar hadisəsi olub.

PİA.az-ın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində baş verib.

Orada təhsil alan, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Babək Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (lent.az)

pia.az