Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə telefonla danışıb

Bu haqda Müdafiə Nazirliyindən məlumat verilib...

Oktyabrın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

pia.az