OPEC+ alyansının iclası öncəsi neft bahalaşıb

İnvestorlar OPEC+ alyansının çərşənbə günü keçiriləcək növbəti iclasını gözləyirlər...

OPEC+ alyansının iclası öncəsi neftin qiyməti artıb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 2,55% bahalaşaraq 1 bareli 87,31 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti isə 2,7% artaraq 1 bareli 81,64 ABŞ dolları təşkil edib.

İnvestorlar OPEC+ alyansının çərşənbə günü keçiriləcək növbəti iclasını gözləyirlər. Həmin gün alyans üzvləri hasilatın gündəlik 1 milyon barel azaldılmasını nəzərdən keçirəcək.

pia.az