Sürücülər etiraz edir: “VAZ dairəsi” niyə ləğv edildi? - Video

Xırdalan sakinləri  “VAZ dairəsi” deyilən yolda hərəkətin dəyişdirilməsinə etiraz ediblər...

PİA.az xəbər verir ki, sakinlər “Meydan TV”yə şikayətlərində edilən dəyişikliklə yollarının kilometrlərlə uzandığını bildiriblər. Onlar yeni qayda ilə həm vaxt itidiklərini, həm də lazımsız yerə daha çox yanacaq işlətdiklərini bildiriblər. Dairəvi hərəkətin ləğvi həm də 199 nömrəli marşrut avtobusun da yolunu uzadıb. Bu da həm sürücülər həm də sakinlər arasında narazılığa səbəb olub.

Ətraflı videosüjetdə:

pia.az