ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

Basketbol üzrə qadınlardan ibarət ABŞ millisi Avstraliyada keçirilən dünya çempionatının qalibi olub...

"Report"un məlumatına görə, yığma finalda Çini 83:61 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda görüşdə Avstraliya Kanadaya qalib gəlib - 95:65.

Qeyd edək ki, ABŞ komandası tarixində 11-ci dəfə dünya çempionatında qızıl medal qazanıb.

pia.az