"Adı “Vağzal”, “Köndələn” olan küçələrə niyə şəhidlərimizin adı verilmir"

“Milli Məclisdə təmsil etdiyim Suraxanı rayonunun onlarla şəhidi var, amma onların adları əbədiləşdirilməyib”.

Bunu plenar iclasda deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, rayonda yerləşən məktəb və uşaq bağçalarına, küçələrə şəhidlərin adları verilməlidir: “Suraxanı rayonundakı küçələrin bəzilərinin adlarına baxın: “Vağzal”, “Köndələn”, “Zeytun sovxozu”, “9-cu döngə” və s. Bu küçələrə niyə şəhidlərimizin adı verilməsin?”.

pia.az