Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb

Sənətçinin son zamanlar ürəyində problemlər olub...

Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyində problemlər olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmadan dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

pia.az