Overçuk Naxçıvandan danışıb

Rusiya Baş nazirinin müavinindən Naxçıvanla bağlı açıqlama verib...
“Ermənistanın nəqliyyat təcridinin aradan qaldırılması bütün Cənubi Qafqazın, o cümlədən Rusiyanın inkişafına ciddi təkan verəcək”.

TNS xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, Ermənistana Rusiya investisiyalarının axını 5 milyard dollara çata bilər. Bunlar ilk növbədə enerji, nəqliyyat və logistika, eləcə də mədənçıxarma və emal sənayesi sahəsində layihələrdir. Bunun ətrafında yeni iş yerləri, eləcə də çoxsaylı kiçik və orta bizneslər yaranacaq.

Baş nazirin müavini bildirib ki, Cənubi Qafqaz bütün tarixi boyu sivilizasiyaların və ticarət yollarının kəsişməsi, faktiki olaraq Avrasiyanın geoiqtisadi mərkəzi olub. Əsas olanı görmək vacibdir - regionda olanların heç birinə münaqişə lazım deyil, hamı kommunikasiyaların inkişafında maraqlıdır və bu prosesdə iştirak etmək istəyir.

“Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə hərəkət imkanı əldə edəcəklər. Ermənistan isə nəhayət, Azərbaycan Respublikası ərazisindən vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin Rusiyaya, İrana, Orta Asiyaya və geriyə sərbəst hərəkəti imkanı əldə edəcək. Bu qarşılıqlı hərəkət, ticari və humanitar əlaqələrin inkişafı və nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa başlamağa imkan verəcək. Biz bunun baş verməsi üçün çalışırıq”, - Overçuk əlavə edib.

pia.az