“Tünzalənin həyat yoldaşı özündən 15 yaş kiçikdir”

ANS-də yayımlanan “Evdəyik” verilişinin budəfəki qonağı müğənni Rəşad İlyasov olub
Aparıcı Ülvira Qarayevanın proqramda “Həyat yoldaşı özündən yaşca böyük olan xanım məşhurlar” mövzusuna sənətçi “Tünzalə Əliyeva” deyə cavab verib: “Tünzalə xanımla dostluq münasibətimiz var. Onun toyunda oldum. Həyat yoldaşı özündən 15 yaş kiçikdir. Amma heç də seçilmirlər. İkisi də bir-birinə yaraşır. Qəşəng qadındır. İndi də arıqlayıb. Yeni həyatı ona stimul olub”.(axşam.az)