Müharibədə 6 minə yaxın dinc sakin öldürülüb

Bu günə kimi Rusiya Ukraynada 5 996 dinc sakini öldürüb, 8 848 nəfəri isə yaralayıb...

Ukraynada Rusiyanın işğalı nəticəsində həlak olanların sayı barədə məlumat yayıb.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Hüquqları üzrə Monitorinq Missiyasının rəhbəri Matilda Boqner hesabat yayıb.

"İyunun sonundakı son hesabatın dərcindən sonra OHCHR Ukraynada iştirakını artırıb. Hazırda əməkdaşlarımız ölkə üzrə 6 məntəqədə çalışırlar. Biz hər gün ölkə boyu insanlarla ünsiyyətdə oluruq, Rusiya Federasiyasının silahlı hücumu ilə daha da şiddətlənən silahlı münaqişə kontekstində insan hüquqlarının pozulmasından əziyyət çəkən qurbanları dinləyirik. Bu günə kimi Rusiya Ukraynada 5 996 dinc sakini öldürüb, 8 848 nəfəri isə yaralayıb. Ölənlər arasında 395 uşaq da var. Bu rəqəmlər təsdiqlənmiş fərdi hadisələri əks etdirir və faktiki rəqəmlər daha çoxdur", - o vurğulayıb.

pia.az