Bakıda kişi gözündən bıçaqlandı

Faktla bağlı araşdırma aparılır...

Paytaxtın Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə dünən gecə saatlarında Hövsan qəsəbəsində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Qədəşov Əfqan Novruz oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Gözündən bıçaq zərbəsi alan Ə. Qədəşov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

pia.az