Bank sektorunun səkkiz ayı

Mərkəzi Bankın hesabatı...

Mərkəzi Bankın hesabatına görə, sentyabrın 1-nə Azərbaycanda 18 milyard 638,6 milyon manat kredit, 10 milyard 858,4 milyon manat əmanət rəsmiləşib. Novator.az bildirir ki, 2022-ci il 16 milyard 659,1 milyon manat kredit, 9 milyard 241,5 milyon manat əmanətlə başlamışdı.

Statistikaya əsasən, sentyabrın 1-nə ölkədə 659,7 milyon manat problemli kredit qeydə alınıb. İlin əvvəlindəki göstərici 719,4 milyon manat idi.

Sentyabrın 1-nə 26 bankın cəmi aktivləri 42 milyard 404,4 milyon manat, cəmi öhdəlikləri 37 milyard 137,9 milyon manat göstərilib.

pia.az