Ərdəbil də üsyana qalxdı: Hökumət qüvvələrinin daşlanması -Video

Etirazçılar onlara hücum edən xüsusi təyinatlılara "bişərəf" deyə xitab edirlər...

İran Azərbaycanının Ərdəbil şəhərində hiddətlənmiş əhali hökumət qüvvələrini daş-kəsəklə qovub. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan gərginlik hələ də davam etməkdədir. Məhsanın ölümü İran xalqını ayağa qaldırıb. Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan bir neçə saat sonra  komaya düşüb, sentyabrın 16-da isə xəstəxanada ölüb. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər. Bundan sonra ölkə boyu geniş etiraz aksiyaları başlayıb.

Ölkənin bir çox əyalət, rayon və qəsəbələrinə etirazlar davam edir .

PİA.az həmin etirazlarla bağlı yayılmış yeni videoları təqdim edir:

pia.az