Tovuzda traktor aşıb, sürücü ölüb

Tovuzun Əlibəyli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub...

"Report"un Qərb bürosunun məlumatına görə, traktorun idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Asif Şamilov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

pia.az