"Taleyimdə bir açılmaz düyün var..."- Paşa Talıblıdan yeni şeirlər

Umacağım az deyil...

...söz əritdi ürəyimin yağını,ürəyimi damar-damar üzdü söz.Daha getdi lap sonacan mənimki...Eh...mənimki axıracan sözdü, söz!

...bu dünyadan umacağım az deyil!Verən elə bir söz verdi - götürdüm......gör-götürdü sən də götür-gör dedi!Sözə baxdım mən də gördüm, götürdüm...

...söz əlində düyün düşdü taleyim;taleyimdə bir açılmaz düyün var....verən elə bir söz verdi - götürdüm!Daha mənim sözdən özgə nəyim var?Amma yeni umacağım az deyil...

***(Emil Rasimoğluna...)

...sən indi hardasan, Emil?Bilərəm şəklini çəksən!.....payız yanında deyilmi?!Eh...yoxsa, yenəmi təksən?

...min ildi təksən, bilirəm!Aydımı gecə görünsün?...hamının içində, qardaş,tək olan necə görünsün?

...hər şeyə gözüm açıqdı -baxıram...yəni görmürəm!...sən indi hardasan, Emil?Mən axı səni görmürəm!

...suyu şor, havası ağırsöz cücərərmi alında?...çıx, səni görüm, qardaşım,bəri çıx, sözün dalından!

...sonramı?..sonra da çıx get!Mən gəlib sənə çataram......görünən dağın dibidi!...öldüyüm günə çataram!

Gəncə qapıları...bir tayı Kutaisidədir

...özümüzdən olub bizə olanlar!Allahdan gələn də gəlib həmişə....oğrular həmişə yad eldən gəlib,oğurlanan bizdən olub həmişə.

...bilmədik yad kimdi, yadelli kimdi,yaxşı tanımadıq biz o yanları....gözü qapımızda oynayıb elə,özü qapımızda oynayanların.

Qapı Gəzənlərdi bu oynayanlar;düşüb qapı-qapı gəziblər elə!...bir az o qapıdan oğurlayıblar,bir az bu qapıdan kəsiblər elə!

Tapıb qapımızı Qapı Gəzənlər...Görəsən, nə tapdı yad qapımızda?Eh...hələ bir tayı yad qapıdadı,hələ yad qapıda bir qapımız var!

Keçdim, başımı buladım...

...sən Tanrısan, mən-qərib!Əlini verdinmi, Tanrım?Bilmədim sənmi böyüksən,verdiyin dərdinmi, Tanrım!

...hara vardım - sən qarşımda,qara gözümdə, qaşımda!...Tanrı sevdası başımda -fərqinə vardınmı, Tanrım?

...ovqatın ala-buladı,keçdim, başımı buladım!...uladım, qurdtək uladım!Səsimi gördünmü, Tanrım?

Paşa TalıblıAzərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az