Hər ikisi də ülgüclə intihar etdi

Gəncə və Bərdədə sakinlər eyni üsulla özlərini intihar edib
Bərdə rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, avqustun 21-də saat 10:00 radələrində rayonun Ərəblər kənd sakini 1960-cı il təvəllüdlü Xanlar Mədət oğlu Musayev yaşadığı evin həyətində özünə ülgüclə xəsarət yetirib. Aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb.Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.Gəncə şəhr Prokurorluğundan isə Trend-ə bildiriblər ki, avqustun 21-də saat 13:00-da 1960-cı il təvəllüdlü Elmira Kərimova özünə məxsus bağ sahəsində ayağındakı damarını ülgüclə kəsərək intihar edib.Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.