Əflatun Amaşov “Xalq” qəzetinin baş redaktoru təyin edilib

Əflatun Amaşov artıq kollektivə təqdim edilib...

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Xalq” qəzetinin baş redaktoru təyin edilib.

Məlumata görə, o, “Xalq” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. 

Yeni baş redaktoru kollektivə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova təqdim edib.

Qeyd edək ki, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov sentyabrın 21-də vəzifəsindən azad edilib. 

pia.az