Niyə məktəblərdə dərsliklər çatışmır? 

Bəzi dərs vəsaitləri çatışmır...

Azərbaycanda yeni tədris ilinin başlanması ilə problemlər də özünü büruzə verməyə başlayıb.

Oxu.Az-ın məlumatına görə, Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yarandığını bildirirlər.

Məsələ barədə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan tələbat əsasında təmin edilirlər:

“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.

pia.az