Qazaxıstanda Nazarbayevlə bağlı dövlət bayramı ləğv edilib

Qazaxıstanda dövlət bayramları siyahısından İlk Prezident Günü çıxarıb...

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Parlamenti qərar qəbul edib.

Parlamentin iclasında digər bayramlarla da bağlı düzəlişlərin edilməsi gözlənilir.

Qeyd edək ki, İlk Prezident Günü 2011-ci ildə təsis olunub və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin 1991-cı il, dekabrın 1-də prezident seçilməsi şərəfinə qeyd edilirdi.

pia.az