Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb

Araşdırmalar davam etdirilir...

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.

pia.az