Ermənistanda polis kapitanı öldürülüb

Polis kapitanı qətlə yetirildi...

Ermənistanın Qeqarkunik rayonunun Çəmbərək icmasında polis kapitanı öldürülüb.

APA xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

Polis idarəsinin əməkdaşı Sipan Sarıbekyan çoxsaylı bıçaq zərbələri nəticəsində öldürülüb.

İstintaqçılar artıq qətlin yerini və ehtimal olunan cinayətkarın kimliyini müəyyən ediblər.

Faktla bağlı araşdırma aparılır.

pia.az