Alla Puqaçova cinayət məsuliyyətinə cəlb oluna bilər

SSRİ xalq artisti Alla Puqaçova cinayət məsuliyyətinə cəlb oluna bilər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-lərində məlumat dərc olunub.

Qeyd olunub ki, Puqaçova Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə ittiham edilə bilər.

Bildirilib ki, bununla bağlı artıq istintaq başlayıb.

pia.az