Prokurorluq Saatlı İcra Hakimiyyətinin əməkdaşının iş otağında ölməsini araşdırır - Yenilənib
Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı Əhəd Behbudovun iş otağında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazirda Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.
Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.
Ölümün səbəbi araşdırılır.
Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.
pia.az