Britaniya Kraliçası dəfn olunub - Yenilənib

Səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın adından təşkil olunan rəsmi qəbulda iştirak edib...

Böyük Britaniya Kraliçası II Elizabetin meyiti olan tabut Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Corc ibadətgahındakı kral məzarına endirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, mərhumun ailə üzvlərinin, kral sarayının keçmiş və indiki əməkdaşlarının, Böyük Britaniyanın Baş naziri Liz Trassın, Böyük Britaniyanın baş qubernatorlarının iştirak etdiyi anım mərasimi Kanterberi arxiyepiskopunun – İngiltərə kilsəsinin dini rəhbəri Castin Uelbinin duası ilə başa çatıb.

II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbirlər Böyük Britaniya himninin oxunması ilə başa çatıb.

Bundan sonra Kral III Çarlz və kral ailəsinin üzvləri ibadətgahı tərk edərək Vindzor qəsrinə yollanıblar.

Axşam saatlarında Müqəddəs Corc ibadətgahında yalnız hakim sülalənin nümayəndələrinin iştirakı ilə bağlı qapılar arxasında baş tutacaq özəl mərasim keçiriləcək.

***

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçasının vida mərasimində iştirak edib.

Səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın adından təşkil olunan rəsmi qəbulda iştirak edib.

Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Kraliça Ülyahəzrət II Elizabetin Vestminster Abbatlığında keçirilən vida mərasiminə qatılıb. Vida mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, parlament təmsilçiləri, görkəmli siyasi liderlər, ictimai xadimlər və Kral ailəsinin üzvləri iştirak ediblər.

Vida mərasimindən sonra Kraliçanın cənazəsi Vellinqton Tağına daşınacaq daha sonra isə Vindzord şəhərinə aparılacaq Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında torpağa tapşırılacaq.(report)

pia.az