Klinton: “Mən Yeltsinə NATO-ya üzvlük təklif etmişdim”

Sabiq Ağ Ev rəhbəri Bill Klinton Rusiyanın birinci prezidenti Boris Yeltsinlə RF-in NATO-ya üzvlüyü perspektivlərini müzakirə edibmiş.

Bu barədə ABŞ-ın 42-ci prezidenti CNN telekanalına müsahibəsində bildirib.

“Mən Rusiyaya təkcə xüsusi tərəfdaşlıq deyil, həm də gələcəkdə bizim ən böyük təhlükəsizlik problemlərimizin qeyri-hökumət təşkilatları, avtoritar dövlətlər olacağı, kimyəvi, bioloji və ya nüvə silahlarının terrorçu qrupların əlinə keçməsi ehtimalı ilə bağlı NATO-ya üzvlük perspektivlərini təklif etmişdim”, - deyə o bildirib.

ABŞ-ın eks-prezidentinin sözlərinə görə, görüşlərin birində o, Yeltsindən ABŞ-ın Polşadakı hərbi baza ərazisindən Rusiyaya zərbə endirə biləcəyinə inanıb-inanmadığını soruşub. Yeltsin cavab verib ki, şəxsən özü belə düşünmür, lakin Rusiyada bir çox insanlar Napoleon və Hitlerlə bağlı tarixi yaddaşa görə belə düşünürlər.

pia.az