Azərbaycan bayrağı Ermənistanda trend oldu - Foto

Azərbaycan bayrağı Ermənistanda sosial şəbəkənin "Twitter" trendində birinci yerə düşüb.

Bu barədə IT üzrə mütəxəssis Fərid Pərdəşünas məlumat verib.

O qeyd edib ki, "dünyaya səslərini "çatdırmağa" çalışan ermənilər Azərbaycan sözü əvəzinə (çünki Azərbaycan sözü uzundur və twitter-də simvol limiti var) bayraqdan istifadə etdikləri üçün, platforma bu bayrağı Ermənistan trendində birinci edib".

Bununla da ermənilər özləri də bilmədən Azərbaycan dövlət bayrağını trenddə birinci yerə çeviriblər.

pia.az