İstehlaka yararsız qənnadı məmulatları məhv edilib

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qənnadı məmulatlarını məhv edib.

AQTA-dan PİA.az-a verilən məlumata görə, fiziki şəxs Məmmədova Sevinc Nuhbala qızının Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 300 kq qənnadı məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

pia.az