MMP Nensi Pelosinin Ermənistan səfəri ilə bağlı bəyanat verdi

Bəyanatda deyilir:

Təcavüzkar Ermənistanın bu cür dünya miqyasında dəstəklənməsi yolverilməzdir. Bu Azərbaycan dövlətinə və xalqına qarşı hörmətsizlikdir. Görünən odur ki, dünya beynəlxalq aləmdə qəbul edilən qərarların əksinədir.

30 ildən çoxdur ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Ermənistanın terrorçuları artıq 30 ildir ki, Azərbaycan xalqına əziyyət verir. Buna baxmayaraq özünü demokratik ölkə adlandıran Qərb yenə terrorçu Ermənistanın yanındadır.

Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda gedərək Azərbaycana qarşı şantaj yolunu seçiblər. Onlar Azərbaycanın haqqlı, ədalətli işinə kölgə salırlar. Bu da yolverilməzdir. Biz partiya olaraq düşünürük ki, bütün olanlar Azərbaycanın uğurla apardığı siyasətə kölgə salmaq üçün Avropanın, Qərbin qərəzli mövqeyidir. Biz bu mövqeyi qətiyyətlə pisləyirik. Eyni zamanda Müasir Müsavat Partiyası ABŞ-ın ikinci şəxsi Nensi Pelosin Ermənistanda verdiyi müsahibələri, etdiyi çıxışları qətiyyətlə pisləyir.

Nensi Pelosinin Ermənistan səfəri Azərbaycan və Ermənistanın Brüsseldə əldə etdikləri razılaşmaların pozulması üçün qurulmuş bir oyundur. Açıq demək lazımdır ki, ABŞ, Avropa, o cümlədən Qərb dövlətləri Azərbaycanda sabitliyi pozmaq üçün bütün variantlara əl atırlar. Bundan da Azərbaycan sevməyən qüvvələr bəhrələnirlər. Bu gün Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bir qurup insanlar bundan çox məharətlə istifadə edirlər.

Onların əsas məqsədi Azərbaycanda böyük qarışıqlıq yaratmaqdır. Müasir Müsavat Partiyası bunu dəfələrlə deyib və partiya bu gün də öz fikrində qalır. Partiyanın apardığı təhlillər, gördüyü işlər və partiyaya çatan məlumatlar indi də öz təsdiqini tapır.

Azərbaycan ABŞ-ın, Avropanın atdığı addımlara, Fransada səfirliyimizə edilən hücuma, dünyanın digər ölkələrində olan diplomatik nümayəndələrimizə olan basqılara görə ayıq olmalıdır. Biz bu vəziyyətdən çıxmaq üçün ölkədə milli birliyi qorumalıyıq. Əgər biz milli birliyimizi qoruyub saxlamasaq Azərbaycana böyük təhdidlər yaranacaq. Həmçinin Qarabağla yanaşı Azərbaycanın müstəqilliyinə də böyük zərbələr vurula bilər.

Müasir Müsavat Partiyası Azərbaycan xalqını, siyasi partiyaları birliyə dəvət edir. Vətənimiz ağrı gündədir və biz vətənimizi qorumalıyıq. İstər hakimiyyət, istərsə də siyasi partiyaların tərkibində olan bəzi qüvvələr istəyirlər ki, ölkədə qarışıqlıq yaransın. Bu qarışıqlıqdan da istifadə edərək özlərinin müəyyən arzularına çatmaq istəyirlər.

5-ci kalonun xaricdə yayılan qolları bu gün güclü fəaliyyətdədir. Buna görə də hər an ölkədə qarışıqlıq yaratmağa yönələn fikirlər var. Eyni zamanda ölkədə yersiz həbslər var. Bütün bunlara baxmayaraq biz ölkə prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik. Prezidentlə bir yerdə olub, onun hər bir əmrinə tabe olmalıyıq.

pia.az