Cəlilabadda 11-ci sinif şagirdi qəfil vəfat edib

Hazırda mərhumun ölüm səbəbi araşdırılır...  

Cəlilabad rayonunun Sabirabad kəndində şagird yaşadığı evdə ölü tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, kənd sakini, 2006-ci il təvəllüdlü İ.Fətullayevanı yaxınları halsız vəziyyətdə aşkar ediblər.

Daha sonra o, rayon xəstəxanasına aparılıb. Xəstəxanada onun artıq öldüyü məlum olub.

Hazırda mərhumun ölüm səbəbi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

pia.az