Patruşev təhlükəsizliklə bağlı məsləhətləşmələr üçün Çinə səfər edəcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 19-da Çinə səfər edəcək...

Bu barədə “Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

N. Patruşev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Tzeçi ilə strateji sabitlik, Siyasi Büronun digər üzvü Quo Şenqkunemlə isə ictimai təhlükəsizlik, ədalət və ictimai asayiş məsələləri üzrə Rusiya-Çin məsləhətləşmələri aparacaq.

Qeyd edək ki, N. Patruşev pandemiyanın başlanmasından bəri ilk dəfə Çinə səfər edəcək. O, sonuncu dəfə 2019-cu ilin dekabrında Pekin və Şanxayda səfərdə olub.

pia.az