Leonardo Di Kaprio "Squid game" filmində rol ala bilər

"Squid game" serialının növbəti mövsümündə Hollivud ulduzu Leonardo Di Kaprionun da çəkilməsi planlaşdırılır...

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın məşhur serialının rejissoru Hvan Don-hyuk danışıb.

Rejissorun sözlərinə görə, filmin heyətində dünyaşöhrətli koreyalı kino ulduzlar da var. O, əlavə edərək bildirib ki, layihənin növbəti mövsümündə Hollivud ulduzunun da görünməsi ön plandadır.

Qeyd edək ki, "Squid game" filminin ikinci mövsümünün çəkilişləri 2023-cü ildə başlayacaq. Premyera isə 2024-cü ilə planlaşdırılıb.

pia.az