"İnter" Lukakunun birdəfəlik transferi üçün danışıqlara başlayıb

Lukakunun birdəfəlik transferi üçün danışıqlar başlayıb...

İtaliya "İnter"i icarə əsasında komandada çıxış edən Romelu Lukakunun birdəfəlik transferi üçün İngiltərənin "Çelsi" klubu ilə danışıqlara start verib.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisinin baş direktoru Cuzeppe Marotta "zadəganlar"la aktiv danışıqlar aparır.

London klubu güzəştə getməsə, "İnter" icarə müddətini uzatmağa çalışacaq. 29 yaşlı hücumçu da İngiltərəyə qayıtmaq istəmir.

Qeyd edək ki, Romelu Lukaku 2021-ci ildə 113 milyon avro qarşılığında "İnter"dən "Çelsi"yə keçib. Belçikalı oyunçu mövsümün əvvəlində yenidən İtaliya təmsilçisinə dönüb.

pia.az