Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

"Mançester Siti" klubunun futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb...

"Report" "Squawka" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna "Vulverhempton"a qarşı keçirdikləri VIII tur oyununda nail olub.

16-cı dəqiqədə "şəhərlilər"in 2-ci qoluna imza atan norveçli forvard ardıcıl 4 səfər matçında fərqlənən ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və "Mançester Siti" 2:0 hesabı ilə öndədir.

pia.az