Turizm statistikası

Dövlət Sərhəd Xidmətinin məlumatı...

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana 173 ölkədən 1 milyon 4 min əcnəbi (ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox) gəlib: “Gələnlərin 26,2 faizi Rusiya, 19,8 faizi Türkiyə, 11 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, qalanları başqa ölkələrin vətəndaşlarıdır.

2021-ci ilin səkkiz ayına nəzərən xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 dəfə artaraq 983 min nəfər olub. Ölkə vətəndaşlarının 48 faizi Türkiyəyə, 17 faizi Rusiyaya, 11,4 faizi İrana, 8,4 faizi Gürcüstana, 15,2 faizi digər ölkələrə səfər edib”.

pia.az