Şəhid İsa Kəlbiyev Cəlilabadda dəfn edilib

Şəhid Göytəpə qəbirstanlığında yaylım atəşi ilə torpağa tapşırılıb...

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilabad rayonu Göytəpə şəhər sakini, Kəlbiyev İsa Rəhim oğlu dəfn olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, şəhidlə əvvəlcə rayonun Göytəpə şəhərində vida mərasimi keçirilib.

Daha sonra şəhid Göytəpə qəbirstanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid İ. Kəlbiyev 2002-ci ildə Cəlilabad rayonunda anadan olub.

pia.az