Tramp nədən qorxur?

Tramp vəzifəsinin son günlərində dostlarına bildirib ki, İran generalı Qasım Süleymanini öldürmək əmri verdikdən sonra qorxur...

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp vəzifəsinin son günlərində dostlarına bildirib ki, İran generalı Qasım Süleymanini öldürmək əmri verdikdən sonra qorxur. O, qeyd edib ki, İranın ondan qisas alacağından ehtiyatlanır.

Bu barədə "The Guardian" jurnalının Trampın Ağ Evdəki keşməkeşli həyatını araşdıran əməkdaşları tərəfindən hazırlanan "The Divider" kitabında bəhs olunub. Kitabda Tramp administrasiyasının İranla bağlı siyasətinə ətraflı nəzər salınıb. Keçmiş Prezident deyib ki, Qasım Süleymaninin uğurlu əməliyyat zamanı öldürülməsinə sevinib və iranlı generalı “pis adam” adlandırıb. “Biz onu soyuqqanlılıqla dayandırdıq", - deyə Tramp əlavə edib.

Kitabda yazılıb: “Bir kokteyl ziyafətində Tramp Floridadakı bir neçə dostuna İranın onu öldürməyə cəhd edəcəyindən qorxduğunu, buna görə də daha təhlükəsiz olan Vaşinqtona qayıtmalı olduğunu söylədi”.

pia.az